24/07/2019 05:11
728 x 90

Məşhur danimarkalı milyarderi yıxan xəbər… İş adamı Şri-Lanka terrorunda 4 övladını itirdi

img

Danimarkanın ən varlı adamlarından biri Anders Holç Povlsenin, dörd uşağının da Şri-Lankada dünən törədilmiş terror hücumlarında öldüyü məlum olub.

Baki-xeber.con xəbər verir ki, Şri-Lanka Xarici İşlər Nazirliyi, hücumlarda 290 nəfərin həlak olduğunu, bunlardan 27-nin əcnəbi olduğunu açıqlayıb. Nazirlik 450 nəfərin yaralandığını bildirib.

Dünyaca məşhur geyim markası Bestseller və ASOS.com-un sahibi Anders Holç Povlsenin uşaqlarının da həlak olanlar arasında oldğu bildirilir. 6,7 milyard dollar sərvətlə, Danimarkanın ən varlı adamlarından olan iş adamının 4 övladının öldüyü açıqlanıb.

İş adamının qızı Almanın Instagram hesabında 4 gün əvvəl paylaşdığı şəkil isə ailənin birlikdə çəkilmiş son şəkili olub.

Son xəbərlər