ABŞ Irana qarşı tətbiq etdiyi sanksiyalardan azad etdiyi 8 ölkə ilə bağlı yeni qərar verməyə hazırlaşır.
Baki-xeber.com xəbər verir ki, ABŞ sansiyalarla bağlı güzəştləri ləğv edə bilər ki, bu halda 8 ölkə İranla ticarəti dayandırmaq məcburiyyətində qalacaq.
“Financial Times” və “Washington Post” qəzetləri ABŞ-ın Türkiyə daxil, 8 ölkəyə İran sanksiyaları ilə bağlı tanıdığı güzəştlərə son verməyi planlaşdırdığını yazıb. Qəzet Türkiyənin İranla neft razılaşmalarını ləğv etməsi yolunda təzyiq altında qalacaq ölkələr arasında olduğuna diqqət çəkib.