19/09/2019 06:59
728 x 90

Şəhid dəfnində insanlar Kılıçdaroğlunun üzərinə yeridi, yumruqlar işə düşdü... müxalifət lideri sığındığı evdən zirehli maşınla çıxarıldı... - FOTO/VİDEO

img

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Ankarada hücuma məruz qalıb.

Baki-xeber.com xəbər verir ki, hadisə Ankaranın Çubuk rayonunda Hakkaridə PKK terrorçuları tərəfindən şəhid edilən hərbçi Yener Kırıkçının dəfni mərasimində baş verib.

Naməlum qrup CHP lideri əleyhinə şüarlar səsləndirib daha sonra isə ona hücum ediblər. Mühafizəçilərin səylərinə baxmayaraq,  CHP liderinə yumruq zərbələri endirilib. Kütlənin qarşısını almada çətinlik çəkən təhlükəsizlik qüvvələri K.Kılıçdaroğlunu onların arasından çıxararaq, qorumaq məqsədilə yaxınlıqdakı bir evə yerləşdiriblər. Sakitləşməyən qrup təhlükəsizlik qüvvələrinin mühasirəyə aldığı, Kılıçdaroğlunun olduğu evə daş-kəsək atıblar.

Hadisədən dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kılıçdaroğlunun bölgədən təhlükəsiz şəkildə çıxarılması barədə göstəriş verib.

Bundan sonra müdafiə naziri Hulusi Akar Kılıçdaroğlunun olduğu evə gəlib. H.Akar evin ətrafına toplaşmış insanları sakit olmağa çağırıb. AKP-nin Ankaradan millət vəkili Əmrullah İşlər və MHP sədrinin yardımçısı Mövlut Karakaya da hadisə yerinə gəlib.

Bir müddətdən sonra CHP sədri Kamal Kılıçdaroğlu saxlandığı evdən zirehli maşınla çıxarılıb.

Hadisə ilə bağlı Ankara Baş Prokurorluğu cinayət işi açıb, araşdırma aparılır.

Son xəbərlər