20/05/2019 01:19
728 x 90

Çeçenlər gürcü xüsusi təyinatlıarını Pankisi dərəsindən çıxardı - VIDEO

img

Gürcüstan DİN-in xüsusi təyanatlıları Pankisi dərəsini tərk edib.

Baki-xeber.com-un “İnterfaks”a istinadən xəbərinə görə, bu, aprelin 21-də xüsusi təyinatlıların Alazan çayı üzərində Su Elektrik Stansiyasının tikintisinə etiraz edən yerli sakinlərlə toqquşmasının ardından baş verib.

Xəbərdə deyilir ki, aksiya iştirakçılarının əksəriyyəti evlərinə dağılışsa da, polisin gücləndirilmiş naryadı Pankisi dərəsində qalıb. Gürcüstanın DİN başçısı Georgi Qaxariya deyib ki, SES tikintisi yalnız yerli əhalinin 90 faizi buna razılıq verərsə bərpa oluna bilər. Hazırda hökumətin sakinlərlə danışıqlar apardığını deyən DİN başçısı onu da bildirib ki, sakinlərə zor tətbiq edən polis əməkdaşları cəzasız qalmayacaq. Bununla yanaşı, lazım gələrsə, sərt tədbirlərə əl atılacağı da istisna olunmur.

Son məlumatlara görə, Pankisi dərəsində bir neçə polis maşını və SES tikintisində istifadə olunan ekskovator yandırılıb. Gürcüstan prezidenti Salome Zurabişvili özünün Facebook səhifəsində Pankisi dərəsində baş verənləri diqqətlə izlədiyini yazıb.

Xatırladaq ki, Pankisi dərəsinin sakinləri etnik çeçenlərdir və onlar Alazan çayı üzərində “Xadori-3” SES-in tikintisinə qəti etiraz edirlər. Aprelin 21-də başlayan inşaat işlərinə qarşı etiraza qalxan çeçenlərin qarşısına xüsusi təyinatlılar çıxarılıb və çeçenlər onları daşa basıb, maşınlarına od vurub. Onu da bildirək ki, 2018-ci ildən bəri artıq neçənci dəfədir “Xadori-3”ün tikintisinə başlamağa cəhd olunsa da, çeçenlər ekologiyaya mənfi təsirini əsas gətirərək SES-in tikintisinə qarşı çıxır.

Son xəbərlər