23/07/2019 22:22
728 x 90

Dünya şokda - Şri-Lankada kilsələrə, otellərə bombalı hücum... 215-dən çox ölən var... - FOTO/YENİLƏNDİ

img

Şri-Lankada üç kilsə, üç otel və iki müxtəlif bölgədə 8 partlayış baş verib.  Baki-xeber.com xəbər veri ki, partlayışlarda indiyə qədər 215 nəfər ölüb, 450-dən çox adamın yaralandığı xəbər verilir.

Partlayıçlar Pasxa bayramı günündə baş verib. Ilk partlayışlar Kolombo, Katuvapitiya və Battikaloadakı üç kilsədə, ardınca paytaxt Kolombodakı “Shangri-La”, “Cinnamon Grand” və “Kingsbury” otellərdə olub.

Katuvapitiya şəhərindəki Müqəddəs Sebastian qotik kilsəsində törədilən hücumlarda 50-dən çox insan ölüb. Rəsmi xəbər agentliyi insan cəsədlərinin, qanlı oturacaqların və kilsənin uçmuş damının şəkillərini göstərib.

Yeddinci partlayış paytaxtın Dexivala rayonunda zooparkda olub. səkkizinci partlayışda isə Demataqoda rayonunda törədilib. Polislə partlayışlarda şübhəlinin tutulması ilə bağlı əməliyyat keçirərkən onun evində partlayış baş verib, nəticədə 3 polis əməkdaşı həlak olub.

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib. Rəsmilər hücumlarla əlaqədar yeddi nəfərin saxlandığını bildirib. 

Rəsmilər hücumlar nəticəsində ölənlər və yaralananlar arasında Amerika cə Britaniya vətəndaşları da daxil olmaqla təxminən 35 xarici vətəndaşın olduğunu bildirib.

Rəsmilər bomba hücumlarından bəzilərinin intiharçı terror hücumu olduğunu deyir. Ölkədə  fövqəladə vəziyyət elan edilib, sosial media və xəbər saytlarına hadisələrlə bağlı xəbərlər çatdırılmaması barədə göstəriş verilib.

Ikinci bir təlimata qədər ölkədəki bütün universitetlərin bağlı qalacağı bildirilib.

Son xəbərlər