25/08/2019 23:00
728 x 90

Tramp Liviyadakı üsyançı general Haftarla danışdı, ancaq Tripoliyə hücuma toxunmadı…

img

ABŞ prezidenti Donald Tramp Liviyadakı şərqindəki ordunun rəhbəri general Xəlifə Haftara zəng edib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Ağ Evin yazılı açıqlamasında bildirilir ki, Tramp aprelin 15-də, davam edən terrorla mübarizə cəhdləri, Liviyada sülh və sabitliyin əldə edilməsi məsələsi, Liviyadakı sabit demokratik siyasi sistemə keçid məsələsini müzakirə etmək üçün general Haftarla telefonla danışıb.

Haftarın rəhbərlik etdiyi ordunun Tripolini ələ keçirmək eçen başlatdığı hərbi əməliyyatlara toxunmayan açılamada, Donald Trampın Haftarın terrorla mübarizədəki rolunu və Liviyanın neft qaynaqlarını qoruması ilə bağlı cəhdlərini təqdir etdiyi deyilir.

Qeyd edək ki, Xəlifə Haftar paytaxt Tripolini ələ keçirmək üçün aprelin 4-də şəhərə hücum əmri verib. 

Son xəbərlər