20/11/2019 07:55
728 x 90

Fransa yenə qarışdı... “Sarı jiletlilər” Paris küçələrini savaş meydanına çevirdi - FOTO

img

Fransada 23 həftədir davam edən “sarı jiletlilər” adı almış etiraz aksiyaları davam edir. Paris bu gün də “sarı jiletlilər”lə polislər arasında toqquşmalara səhnə olub.

Baki-xeber.com xəbər verir ki, polis, 100-dən çox nümayişçinin həbs edildiyini bildirib.

Aksiyalar zamanı polislə nümayişçilər arasında qarşıdurma yaşandığını bildirilir.

Etirazçılar zibil qutuları, avtomobilləri yandırıblar. Polisi isə yürüş iştirakçılarını dağıtmaq üçün iğtişaş əleyhinə qumbaralar və göz yaşardıcı qazdan istifadə edib.

Bundan əvvəl açıqlama verən Fransanın daxili işlər naziri Kristof Kastaner vəziyyətin gərgin olacağını, “dağıdıcıların” yenidən Parisə toplaşacağını bildirmişdi.

Nazir 5 mini Parisdə olmaqla, bütün ölkə üzrə 60 min polis və jandarmın səfərbər olunduğu bildirmişdi.

Onu da qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron bu ayın əvvəlində nümayişlər zamanı təhlükəsizlik qüvvələrini daha çox səlahiyyətlərlə təmin edən qanun imzalayıb, lakin əleyhdarlar bu qanunun vətəndaş hüquqlarını pozduğunu iddia edir.

Qəbul edilən tədbirlərdən biri etirazçıların üzlərini bağlamalarını qadağan edir, lakin Fransanın Konstitusiya Şurası qanunun ən mübahisəli hissəsini təsdiq etməkdən imtina edib.

Bu qanun həmçinin hüquq-mühafizə orqanlarına “ictimai asayişə ciddi hədə olan” hər hansı bir şəxsin nümayişdə iştirak etməsini qadağan etməsinə səlahiyyət verəcəkdi.

Son xəbərlər