25/08/2019 22:57
728 x 90

Səudiyyə də "Əsəd getməlidir" çağırışından imtina edir, Kral Putinin nümayəndəsi vasitəsilə Əsədə məktub göndərdi

img

Səudiyyə Ərəbistanı Rusiya vasitəsilə Suriya prezidenti Bəşər Əsədə məktub göndərib. İki ölkə arasında əlaqələri yenidən bərpa etmək niyyətində olan Səudiyyə məktubu Rusiya Prezidenti Vladimir Putinin Suriya böhranı üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev vasitəsilə Əsədə çatdırıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Aleksandr Lavrentyev və Xarici İşlər Nazirliyinin Orta Şərq və Şimali Afrika İdarəsinin müdiri Sergey Verşin bir neçə gün əvvəl Riyadda Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizlə görüşdükdən sonra, Dəməşqə gedərək Suriya lideri Bəşər Əsədlə bir araya gəlib.

Sputnik mənbələrə istinadən xəbər verir ki, Aleksandr Lavrentyev görüş zamanı rəsmi Riyad tərəfindən hazırlanan məktubu Əsədə təqdim edib. Mənbənin sözlərinə görə, məktubda Riyadın Dəməşqlə əlaqələri yenidən bərpa etmək istədiyi bildirilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, 2012-ci ildə Dəməşqdəki diplomatik nümayəndəliyini bağlayıb. Bunun ardınca Suriya səfirini də ölkədən çıxaran Səudiyyə Suriya ilə diplomatik əlaqələri dayandırmışdı.

2018-ci ilin sonunda isə Ərəb dünyası ilə Suriya arasında yenədən yaxınlaşma müşahidə edilməyə başlayıb. Belə ki, dekabrda BƏƏ Dəməşqdəki səfirliyini yenidən açıb. Eyni vaxtda "Əsəd getməlidir" sözünü tez-tez təkrarlayan Adil Cubeyr Səudiyyənin xarici işlər naziri vəzifəsindən kənarlaşdırılıb.

Bir müddət əvvəl Suriyanın Ərəb Birliyinə yenidən üzvülük məsələsi də gündəmə gəlib.

Son xəbərlər