25/05/2019 13:42
728 x 90

İran ABŞ-a işləyən böyük bir casus şəbəkəsini deşifrə etdi…

img

İranın xüsusi xidmət orqanlarının rəhbəri Mahmud Ələvi İran və başqa ölkələrdə fəaliyyət göstərən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) casus şəbəkəsinin deşifrə edildiyini bildirib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, iranlı nazir böyük bir casus şəbəkəsini çökdürdüklərini deyib.

"ABŞ kəşfiyyatına qarşı aparılan gərgin mübarizə nəticəsində, ölkəmiz də daxil olmaqla, müxtəlif ölkələrdə fəaliyyət göstərən 290 MKİ casusunu ifşa etdik. Bu məlumatları dost ölkələrin kəşfiyyat qurumları ilə paylaşdıq və bir çox ölkədə MKİ-nin kəşfiyyat mənbələrini ələ keçirdik - Ələvi deyib.

Nazirin sözlərinə görə, İranda həssas mərkəzlərdə fəaliyyət göstərən xarici xüsusi xidmət orqanları ilə əlaqəli onlarla casus da yaxalanıb.

Iran kəşfiyyatının müdafiə strategiyasını dəyişərək hücum strategiyasına başladığını deyən nazir, ad çəkmədən xarici xüsusi xidmət orqanlarına böyük bir zərbə vurduqlarını bildirib.

Qeyd edək ki, aprelin 10-da Tramp Administrasiyası İran İslam İnqilab Keşikçiləri Korpusunu (İİİKK) və onun Qüds qanadını terror təşkilatı adlandırıb.

Son xəbərlər