20/05/2019 01:09
728 x 90

Seçici səhvən hakimiyyətin namizədinə səs verdiyinə görə barmağını kəsdi

img

Hindistan tarixində miqyasına görə ən böyük seçkilər keçirilir. Hind xalqı parlamentə layiqli nümayəndələrini seçir.

Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, seçkilərdə 900 milyona yaxın insan iştirak edir.

Seçkilərdə çox maraqlı hadisələr baş verir. Məsələn, seçicilərdən biri barmağını kəsib. Müxalifət namizədinə səs verməyi düşünən Pavan Kumar adları seçici səhvən hakimiyyətdəki Bharatiya Janata Partiyasının (BJP) təmsilçisinin adının qarşısına işarə qoyub. Hind seçici səhvini başa düşəndən sonra özünü heç cür bağışlaya bilməyib və işarə barmağını kəsib.

Pavanın dediyinə görə, onu namizədlərinin adının yanındakı rəmzlər çaşdırıb. “Fil”i seçmək əvəzinə “çiçəy”in qarşısına işarə qoyub.

Partiyaları da qınamaq olmur. Hindistanda savadlılıq dərəcəsi çox aşağı olduğundan, seçicinin rahat ayırd etməsi üçün siyasi təşkilatlar fərqli yollardan istifadə edir.

Son xəbərlər