23/10/2019 23:12
728 x 90

Pompeo Şimali Koreyanın onun danışıqlardan uzaqlaşdırılması çağırışını rədd etdi

img

ABŞ dövlət katibi Mayk Pompeo Şimali Koreyanın Trampın baş müzakirəçisi kimi danışıqlarda iştirakını istəməməsinə dair cağırışını rədd edib.

"Heç bir şey dəyişməyib. İşimizi davam etdiririk. Mən hələ də komandaya rəhbərlik edirəm" - deyə, Pompeo bildirib.

Pompeonun danışıqlardan imtina etməyəcəyini deməsi nüvəsizləşməyə dair dalana dirənmiş müzakirələrin bərpasına qeyri-müəyyənlik gətirib.

Birləşmiş Ştatlarla Şimali Koreya arasında nüvə danışıqları fevral ayında ABŞ prezidenti Donald Tramp ilə Kim Conq Un arasında Hanoyda baş tutan sammitdə heç bir razılıq əldə olunmayandan bəri dayandırılıb.

Tramp Kimin sanksiyaların yüngülləşdirilməsi qarşılığında nüvə silahları proqramını tamamilə ləğv etməsini istəyir. Kim isə nüvəsizləşdirmə yolunda məhdud addımlar atmağı təklif edib.

Bu, Pxenyanın yeni taktiki silahın sınaqdan çıxmasını bildirməsindən sonra verilən ilk bəyanatdır.

Pxenyanın hansı silahı sınaqdan keçirəcəyi barədə məlumat verilməyib, lakin “taktiki” sözü onun Birləşmiş Ştatlara çata biləcək uzunməsafəli balistik raket olmadığına işarə edir.

Şimali Koreya bir ildən artıqdır, Kim Birləşmiş Ştatlar və Cənubi Koreya ilə danışıqlara başlayandan bəri nüvə raketi və ya uzunməsafəli raket sınağı keçirməyib.

Son xəbərlər