Şimali Koreyanın ötən həftə sonu daha bir ballistik raket sınağı keçirməsinin ardından ABŞ bu ölkəni yaxından təqib etmək qərarı verib.
Baki-xeber.com-un xəbərinə görə, bu məqsədlə onun Yapon dənizində orta ölçülü ballistik raketləri “ovlayan” “Aegis” qənimlərini yerləşdirdiyi bəlli olub. Xəbərdə deyilir ki, Yaponiya və Cənubi Koreyanın da istifadə etdiyi “Aegis” sayəsində eyni anda 100 ballistik raketi təqib edib durdurmaq mümkündür. Məsələ ilə bağlı bazar ertəsi jurnalistlərə açıqlama verən ABŞ Müdafiə nazirliyinin sözçüsü Ceff Devis ABŞ-ın təhlükə hiss etdiyi anda müdaxilə edəcəyini bildirib.
Xəbərdə o da qeyd olunur ki, ABŞ “Aegis” sistemlərini 2015-ci ildə Ağ dənizdə, ötən ilin mayında isə Rumıniyada aktiv hala gətirib.