ABŞ prezidenti Donald tramp aşkar şəkildə işarə vurub ki, rusiyadan Krımın Ukraynaya qaytarılması və regionda gərginliyin azaldılması kimi fundamental addımlar gözləyir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ağ Evdə gündəlik brifinqdə jurnalistlərə mətbuat katibi Şon Speyser bildirib. Onun sözlərinə görə, Tramp bunlardan sonra Rusiya – ABŞ münasibətlərinin yoluna qoyulacağına əminlik ifadə edib. Speyser onu da deyib ki, hazırda Tramp Rusiyaya qarşı inanılmaz sərt mövqedədir. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Hikki Heyliyə istinad edən Ağ Evin mətbuat katibi bir daha bəyan edib ki. Rusiyaya qarşı Krım sanksiyaları yalnız yarımada Ukraynaya qaytarıldıqdan sonra qaldırıla bilər.