Altay Respublikasında “Robinson” helikopteri qəzaya uğrayaraq Telets gölünə düşüb.
Baki-xeber.com-un xəbərinə görə, hadisə nəticəsində ölənlərdən birinin meyitinı dalğa sahilə vurub. Regionlararası hava gəmisi sahibkarları təşkilatından “İnterfax”a daxil olan xəbərə görə, qəza zamanı helikopterdə pilot Dmitri Rakitski və həyat yoldaşı Yelena Rakitskayadan başqa daha 3 sərnişin olub. Meyiti sahilə çıxan Yelena Rakitskayadır.