Fevralın 12-də İraq telekanalları İŞİD rəhbəri Əbubəkir əl-Bağdadinin ölkənin qərbində yerləşən Əl-Qaim şəhərinin bombalanması zamanı ağır yaralandığı barədə xəbər yayıb.
Baki-xeber.com-un xəbərinə görə. bu barədə “Alsumaria” və “Alhurra” kanalları məlumat yayıb. Bildirilir ki, Əl-Qaim şəhəri İraq HHQ tərəfindən 9 fevral tarixində İŞİD rəhbərlərinin buraya toplaşması xəbəri alındıqdan sonra bombalanıb. Xəbərə görə, əl-Bağdadi ağır yaralanaraq terror qrupunun nəzarətindəki Suriya ərazilərinə aparılıb.
Xatırladaq ki, əl-Bağdadinin ölüm xəbəri dəfələrlə yayılsa da. sonradan heç biri təsdiqini tapmayıb.