Almaniya kansleri Angela Merkel ölkəsinə üz tutan miqrantların geri qaytarılması üçün fond yaradılmasına sərəncam verib.
Baki-xeber.com-un xəbərinə görə, fondun büdcəsinə ölkənin vergi gəlirlərindən 90 milyon avro ayrılacaq və sığınacaq üçün müraciət etmiş miqrantlar müraciətlərini könüllü geri götürüb Almaniyanı tərk etmək qərarı verdikdə onlara buna görə vəsait ödəniləcək. Ödənişlər 16 maddəlik plan əsasında həyata keçiriləcək. Merkel deyib ki, əksəriyyətin könüllü əsasda ölkəni tərk edəcəyinə ümid edir.
Qeyd edək ki, bu plan tunisli miqrant Anis Amrinin polşalı yük avtomobilini qətlə yetirərək maşınını qaçırıb Berlində insanların üzərinə sürməsindən sonra tərtib olunub. ABŞ prezidenti Donald Tramp “The Times” qəzetinə açıqlamasında bildirib ki, Merkel “ölkənin qapılarını miqrantların üzünə taybatay açmaqla katastrofik səhvə yol verib”.