Keçmiş XİN rəhbəri, sosial-demokrat Frank Valter Ştaynmayer Almaniyanın prezident seçkilərini qazanıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə RİA”Novosti” xəbər yayıb. Xəbərdə o da deyilir ki. Ştaynmayer kampaniya dövründə bu posta ən şanslı namizəd olub. Belə ki, hazırkı prezident Yoaxim Qauk yaşını əsas gətirərək, elə əvvəlcədən yeni dönəm prezident seçkilərinə qatılmayacağını bəyan edib. Hazırda onun 77 yaşı var.
Qeyd edək ki, Almaniyada prezidenti federal şura seçir. Şuranın tərkibi Bundestaqın 630 deputatı və 630 federal dairənin nümayəndələrindən ibarətdir. Birinci turda qələbə çalması üçün Ştaynmayerə 631 səs toplamaq yetərli olsa da, ona 931 nəfər səs verib. Ümumilikdə isə 1239 parlamentari səsvermədə iştirak edib.