Suriyada “Fırat qalxanı”nın Əl-Babın ardınca PYD-nin nəzarətində olan ərazilərə üz tutmasının qarşısını almaq üçün terror örgütü ilə Əsəd rejimi arasında “bazarlıq” görüşməsi olub.
Bakı-xeber.com-un “yenişafak”a istinadən xəbərinə görə, dünən bu məqsədlə Lazkiyə bölgəsindəki Hmeymim hərbi bazasında örgüt nümayəndələri ilə Əsəd rejiminin təmsilçiləri arasında görüş olub. Toplantıda iştirak edən qaynağın verdiyi bilgiyə görə, Rusiyanın vasitəçiliyilə baş tutan sözügedən görüşdə “Fırat qalxanı” əməliyyatının sonrakı addımları dəyərləndirilib. Xəbərə görə, örgüt Türk Silahlı Qüvvələri və Azad Suriya ordusunun Azez rayonunun güneyindəki torpaqları hədəf almasına əngəl olmaq üçün bura Əsəd rejiminin bayraq sancmalı olduğunu bildirib. Əsəd ordusunun nümayəndələri bu fikrə dəstək verib. Beləliklə də, görüşdə Tel Rıfat, Minnig, Meranaz, Deyr Cemal, Ayn Dakna və Mayer bölgələrinə göstərməlik Əsəd bayraqlarının sancılmasına qərar verilib.