Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ABŞ prezidenti Donald Trampın və yeni rəhbərliyin Avropa Birliyinin daxili işlərinə qarışmamamağa çağırıb.
Mogerini Trampın “Brexit”lə əlaqədar şərhlərini xatırladaraq, yeni ABŞ rəhbərliyinə Avropa siyasətinə müdaxilə etməməklə bağlı xəbərdarlıq edib.
"Biz ABŞ siyasətinə qarışmırıq ... və Avropalılar da Amerikadan daxili işlərinə qarışmamasını gözləyir" - Mogerini deyib.
Tramp administrasiyası NATO-ya üzv ölkələri tənqid edir və İngiltərənin AB-dən ayrılma (Brexit) qərarını alqışlayır.
İngiltərənin ən az daha iki il Avropa Birliyinə üzv ölkə olaraq qalacağını ifadə edən Mogerini, bu müddət ərzində üçüncü bir ölkə ilə ticarət razılaşmasının mümkün olmayacağını söyləyib.
Mogerini, Avropa Birliyinin bir təşkilat olmadığını, 28 ölkənin birliyi olduğunu və uzun bir müddət də belə qalacağını deyib.