Fransanın Manş dənizi sahilində yerləşən Flamanville Nüvə Enerji Mərkəzində partlayış olub.
Baki-xeber.com-un xəbərinə görə, “Reuters”ə danışan yerli rəsmi mənbələr bu gün səhər saatlarında Mərkəzdə partlayışın baş verdiyini, lakin nüvə sızıntısı risqinin olmadığını deyib. “Ouest” fransız qəzeti bölgədə yaralıların ola biləcəyini yazıb. M6 Radiosu isə 5 nəfərin yüngül xəsarət aldığını xəbər verib. Dövlət dəstəkli şirkətin Paris mərkəzi hələlik açıqlama yaymayıb.
“BBC World” hələ 2015-ci ildə reaktorun mərkəzindəki çəlikdə inşaat xətasının üzə çıxdığını xəbər verir.