Rusiya Hava Qüvvələrinə aid döyüş təyyarələrinin İngiltərənin hava sahəsinə yaxınlaşması İngiltərə hərbi hava qüvvələrini ayağa qaldırıb. Baki-xeber.com xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Kral Hava qüvvələrinə aid Tayfun tipi döyüş təyyarələri İngiltərə hava sahəsinə yaxınlaşan "Tupolev TU 160" tipli iki Rusiya bombardmançı təyyarəsini müşahidə məqsədilə havaya qaldırılıb.
Bildirilir ki, 12 bazadan qalxan ingilis təyyarələri Şotlandiyanın şimalından başlayaraq, şimal-şərq istiqamətində İrlandiyanın qərbinə doğru Rusiya təyyarələrini müşahidə edib.