Rusiya hərbi təyyarəsi Suriya ərazisində Türkiyə hərbçilərinin olduğu binaya zərbə endirib. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Hadisə bu gün saat 08:40-da baş verib. İŞİD mövqelərinə hava hərəkatı zamanı Rusiyaya məxsus bir hərbi təyyarə səhvən türk əsgərlərinin qaldığı binanı bombalayıb. Hadisə nəticəsində 3 əsgər həlak olub, 11-i yaralanıb.
Hadisənin pilotun səhvi ucbatından baş verdiyi qeyd olunub: "Rusiya Federasiyasının səlahiyyətli şəxsləri olayın bir qəza olduğunu deyərək üzüntülərini və başsağlığı diləklərini çatdırdılar. Hər iki tərəf hadisə ilə bağlı araşdırma aparır”.
Açıqlamada o da bildirilir ki, hadisə ilə əlaqədar Rusiya prezidenti Vadimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana üzüntülərini çatdırıb və başsağlığı verib.