“Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab qəsəbəsini İŞİD terrorçularından azad etməyə çalışan Türkiyə Silahlı Qüvvələri növbəti dəfə itki verib (APA).
Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə İŞİD terrorçuları arasında baş verən döyüşdə əsgər həlak olub, 10-u yaralanıb. Yaralı əsgərlər Türkiyənin Kilis şəhərindəki xəstəxanaya çatdırılıb.
İŞİD mövqeləri yerdən və havadan bombalanıb.
Xatırladaq ki, bir gün əvvəl də türk ordusu 5 əsgərini itirmişdi. Ümumilikdə "Fərat qalxanı" əməliyyatında Türkiyə indiyə qədər 66 hərbçi itirib.