ABŞ İranın ən güclü təhlükəsizlik qüvvələrindən biri olan İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) terror təşkilatı elan etməyə hazırlaşır. Baki-xeber.com xəbər verir ki, bu barədə Amerika mediası xəbər yayıb.
Məlumata görə, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində, Donald Tramp administrasiyası Sepah-ı terror təşkilatı elan etmək üçün layihə üzərində çalışır.
Qeyd edilir ki, ABŞ prezidenti Donald Trampın səlahiyyətlərindən istifadə edərək İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanınması qərarı İranla ABŞ arasında yaşanan gərginliyi daha da artıra bilər.
Trampın məsləhətçilərinin də bu məsələyə müsbət yanaşdığı iddia edilir. Tramp administrasiyasındakı mənbəyə istinadən, Ağ Ev rəhbərliyinin İranı ABŞ maraqlarına təhdid kimi gördüyü, buna görə də İran üzərindəki təzyiqi artırmaq üçün yollar axtardığı bildirilir.