İraqın Mosul şəhərində “Haşdi Şabi” silahlılarının xristian qolu Haşdi Məsihinin lideri ərəb qəbilələrinə 72 saat vaxt verib.
Baki-xeber.com xəbər verir ki, Səlman Asu Hubbe sosial mediada yaydığı açıqlamada Tilkif qəsəbəsində yaşayan ərəblərə kəndlərini tərk etmələri üçün vaxt verib, əks halda onları ailələrini öldürəcəyilə təhdid edib.
Səlman Asu Hubbe “Haşdi Şabi” daxilində lider kimi qəbul edilir. O, keçmiş İraq baş naziri Nuru əl-Malikinin dəstəyi ilə Mosulda Haşdi Məsihi təşkilatını qurub.