“The New York Times” dərc elədiyi materiallara görə ABŞ prezidenti Donald Trampdan üzr istəməlidir.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, bu sözləri bazar ertəsi jurnalistlərə Ağ Evin mətbuat katibi Şon Speyser deyib. O deyib ki, sözügedən materialda xeyli sayda yalan və yanlış ifadələr yer alıb ki, buna görə qəzet mütləq üzr istəməli, təkzib verməlidir. “Material əvvəldən axıra kimi “yalan xəbərlərdən” ibarət olub”-deyə Speyser bildirib. Onun dediyinə görə, qəzetin yalanlarından biri bu olub ki, guya Tramp xəbər proqramlarına xalat geyinərək baxır. Speyser deyib ki, Tramp ümumiyyətlə xalat geyinmir və bu ağ yalandır.
Tramp özü “The New York Times”-ı özünün tvitter səhifəsində hədəfə alıb və bildirib ki, sözügedən qəzet “oxucularından mənim qələbəmi pis işıqlandırmasına görə üzr istəməli olduğu halda, daha da irəli gedərək bu pisliyini davam etdirir”.