Amerikanın sərhəd-gömrük xidməti aviakompaniyalara qadağa qoyulmuş 7 müsəlman ölkəsindən sərnişindaşımanı bərpa etmək icazəsi verib.
Baki-xeber.com-un xəbərinə görə, “Qatar Airways” cavabında bildirib ki, ləngimədən qərarın icrasına başlayır. Onun ardınca “Air France” aviakompaniyası da daşımaların bərpasına başladığını elan edib.
Xəbərə görə, Gömrük xidməti sözügedən qərarı Sietldəki Federal məhkəmənin Trampın miqrantlarla bağlı məlum qərarının icrasını dayandırmasından bir neçə saat sonra qəbul edib. Bundan bir qədər sonra Ağ Ev Ədliyyə nazirliyinin Trampın qərarına etiraz etmək niyyətini açıqlayıb. Ağ Ev yeni prezidentin antimiqrant qərarını “hüquqi və məqsədyönlü” olaraq xarakterizə edib.
Xatırladaq ki, Tramp bu günlərdə 7 müsəlman ölkəsindən gələnlərin qəbuluna qadağa qoyan sənəd imzalayıb, həmin sənədin qüvvəyə minməsindən bu günə kimi 100 mindən çox viza ləğv edilib.