ABŞ Senatındakı respublikaçılar Rusiyanın seçkilərə müdaxiləsilə, eləcə də kiber-hücumları ilə bağlı ittihamları araşdırmağa hazırlaşır.
Yeni seçilmiş prezident Donald Tramp bu ittihamları pisləyib, Rusiya ilə münasibətləri bərpa etməyə çalışacağını bildirib. Amma Senatdakı respublikaçıların bəzilər Trampla razılaşmır.
Senatın silahlı qüvvələr komitəsinin rəhbəri Con Makkeyn Rusiyanın ABŞ silah sisteminə müdaxiləsi-kiber hücumları ilə bağlı araşdırma materiallarını hazırlayır.
Senatın xarici əlaqələr komitəsinin rəhbəri Bob Corker isə rusların haker hücumları ilə bağlı dinləmələr keçirməyə hazırlaşır. Makkeyn və senator Lindsey Graham Rusiyaya qarşı xüsusilə sərt mövqe tutublar, həmçinin Trampı Rusiya prezidentini təriflədiyinə görə kəskin tənqid ediblər.