Danimarkalı millət vəkili Kennet Kristian Bert Avropanın son illərdə üzləşdiyi miqrant probleminin çözümü yönündə inanılmaz təklif səsləndirib.
Baki-xeber.com-un xəbərinə görə, o deyib ki, Avropa sahillərinə yan alan miqrant təknələrinə atəş açılsın. “Euronews”-da yer alan xəbərə görə, danimarkalı millt vəkili bu təklifi dəvət olunduğu televiziya verilişlərinin birində səsləndirib. Onun sözlərinə görə, miqrantları daşıyan təknələrin Avropa ölkələrinin sahillərinə yan alması bu ölkələrin təhlükəsizliyini sual altında qoyur, o üzdən sahil mühafizə xidmətləri bu təknələrə atəş açaraq miqranrların bu ölkələrə girişini əngəlləməlidir.