ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının enerji siyasəti iqlim dəyişikliyilə bağlı Paris razılaşmasından çıxmaqla başlayacaq.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, eyni zamanda ölkənin neft-qaz ehtiyatları üzrə geoloji kəşfiyyat işləri genişlənəcək, xaricə qaz satışının asanlaşdırılması məqsədilə terminallar inşa olunacaq.
Bu barədə Amerika Energetiklər Alyansının Enerji kəşfiyyatı institutunun rəhbəri Tomas Payl bildirib. Paylın sözlərinə görə, Trampın enerji konsepsiyasında 14 əsas istiqamət müəyyən edilib ki, Paris razılaşmasından imtina onun birincisini təşkil edir. “Tramp bu razılaşmadan çıxmaqla BMT-nin iqlimlə bağlı vergi ödəyicilərinə pul xərclənməsinə son qoymağı vəd edir”- o deyib.
Qeyd edək ki, Payl Enerji nazirliyində Trampın keçid komandasının qərargahına rəhbərlik edir.