İsveçrənin “Glencore” ticarət markası ilə Qətərin suveren sərvət fondu birlikdə, Rusiyanın ən böyük neft şirkəti “Rosneft”in 19.5% payını alacaq. Baki-xeber.com xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
"Bu, 2016-cı ilin ən böyük özəlləşdirmə müqaviləsi və qlobal neft və qaz sektorunun ən böyük satışıdır" - prezident Vladimir Putin deyib.
“Glencore” və Qətər pay üçün 11.3 milyard dollar ödəyəcək və ən maraqlısı isə BP-nin artıq “Rosneft”də 19.75% pay sahibi olmasıdır. Moskva şirkətin səhmlərinin nəzarətinə davam edəcək.
Uzun müddətdir planlanan satış, qlobal neft qiymətləri və Qərb sanksiyaları nəticəsində ölkədə iki ildir yaşanan böhranın qarşısını alıb, büdcədə balans yaratmaq üçün Rusiya hökumətinin səyləri əsasında baş tutub.
Satış üçün son tarix bitdiyinə görə, “Rosneft”in alıcı tapa bilməməsi haqqında fikirlər dolaşırdı. Saziş, həm də səhm qiymətlərinin aşağı düşməsi nəticəsində paylarını satmaq və borclarını ödəmək məcburiyyətində qalmış “Glencore”ın tədavül dövriyyəsinə yaxşı təsir edəcək. “Glencore”ın səhmləri bu il yenidən özünə qayıdıb.
Satışın 300 milyon avrosu “Glencore”, qalan qismini isə Qətər İnvestisiya Şirkəti aid olacaq. Qətər İnvestisiya Şirkəti “Glencore”ın ən böyük investorlarından biridir. İsveçrə şirkətindən verilən açıqlamaya görə, razılaşma dekabrın ortasında tamamlanacaq.
“Rosneft”in baş icraçısı Iqor Seçinlə görüşündə Putin, sazişin, qlobal neft qiymətləri və OPEC-in istehsalatı dayandırması qərarından sonra baş tutduğunu vurğulayıb.
Gündə təxminən 5 milyon barrel neft istehsal edən “Rosneft”in satışı, Ukrayna böhranından bu yana Rusiyaya daxil olan ən böyük xarici investisiya olacaq.