NATO-nun Avropa Müttəfiq Qüvvələr komandiri general Kertis Skaparrotti 15 iyul çevrilişə cəhddən sonra Türkiyənin Brüsseldə zabitləri vəzifələrindən uzaqlaşdırılmasının ittifaqı zəiflətdiyini bildirib.
“Financial Times” qəzetində verilən xəbərə görə, Skaparrotti Brüsseldə verdiyi açıqlamada 15 iyul çevriliş cəhdindən indiyədək NATO-da xidmət edən Türk Silahlı Qüvvələr üzvləri olan 150-ə yaxın üst rütbəli zabitin həbs edildiyi, geri çağırıldığı və ya məcburən təqaüdə çıxarıldığını deyib.
Skaparrotti deyib ki, "Bu zabitlər vacib xidmətlər veriblər... Burada qabiliyyətli və təcrübəli insanlarla işləyirdim və bu an mən öz komandamda qabiliyyət, təhlil və yerinə yetirilən iş baxımından zəifləmə görürəm".
ABŞ-lı general həmin zabitlərin çevriliş planlaşdırılmasında iştirak etdiklərinin düşünüb-düşünmədiyi ilə əlaqədər suala "xeyr" cavabı verib.
Bu barədə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargah rəisi general Hulusi Akara da fikirlərini söylədiyini bildirən Skaparrotti, "Bu böyük və təcrübəli heyət olduğu üçün, biz çox təcrübə itirmişik. Ona görə də biz bir az deqradasiya müşahidə edirik və yeni liderlər və NATO ortaqları ilə əlaqələr qurmalı oluruq", deyib.
NATO-dakı vəzifələrindən uzaqlaşdırılan zabitlər arasında polkovnik, polkovnik-leytnant və generallar da var. Çevriliş cəhdindən indiyədək daha gənc zabitlərin daha yüksək rütbələrə təyin edilməsi ilə NATO-da xidmət edən TSQ heyətinin təxminən yarısı dəyişdirilib.