İraq hərbi təyyarələri Ənbar vilayətində dinc əhalinin yaşadığı bölgəni bombalayıb.
Baki-xeber.com-un xəbərinə görə, hücum nəticəsində 100 nəfər həlak olub, bundan daha çox insan isə yaralanıb. Ənbar bölgə Məclisinin sözçüsü İyid Kerbuli hərbi təyyarələrin Əl-Kaim rayonunun mərkəzində yerləşən bazarı və evləri bombaladığını bildirib. Hücumu “böyük qətliam” adlandıran Kərbuli bu hücumla bağlı ən yüksək səviyyədə araşdırılmalara başlanmasına çığırıb.
Qeyd edək ki, daha öncə sözügedən rayonun əşirət şeyxlərindən Haris Duleymi İraq hərbi təyyarələrinin İŞİD-in nəzarətindəki bölgələr əvəzinə yanlışlıqla Əl-Kaimi bombalaması nəticəsində 60-dan çox dinc sakinin həyatını itirdiyini, onlarla insanın isə yaralandığını bildirmişdi.