ABŞ-ın “Time” jurnalı ABŞ prezidenti seçilən Donald Trampı “İlin adamı” elan edib. Tramp jurnalın saytında keçirilən səsvermədə indiki ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-da keçirilən prezident seçkisində Demokrat partiyasından rəqibi olan Hillari Klintonu geridə qoyub.
11 nəfərlik namizəd arasında Hindistanın baş naziri Narendra Modi, İngiltərə “Müstəqillik partiyası” nın lideri və “Brexit” tərəfdarı Nigel Farage, “WikiLeaks” saytının banisi Julian Asang, 4 dəfə olimpiya çempionu olan amerikalı kimnast Simone Biles, pop ulduzu Beyoncé Knovles və Facebookun banisi Mark Zuckerbergin də adları olub.
Qeyd edək ki, ötən il “Time” jurnalda “İlin adamı” adına Almaniyanın kansleri Angela Merkel layiq görülmüşdü.
Keçmiş ABŞ prezidentlərindən bu ada 2008-2012-ci illərdə indiki prezident Barak Obama, 2000-2004-cü illərdə Corc Buş, 1992-ci ildə isə Bill Klinton layiq görülüb. Həmçinin Bill Klinton 1998-ci ildə bu adı, onun impicment məsələsini qaldıran vəkil Ken Starr-la bölüşüb.