Hələbdə gedən döyüşlərdə rusiyalı polkovnik Ruslan Qalitski həlak olub.
Baki-xeber.com bu barədə RİA”Novosti”yə istinadən xəbər verir. Xəbərə görə, rus hərbi həkimlər bir neçə sutka onun həyata qaytarılmasına çalışıb, lakin bu mümkün olmayıb. Müdafiə nazirliyinin məlumatına görə, yüksək çinli hərbçi Hələbin məhəllələrinin birində müxaliflərin açdığı artilleriya atəşi nəticəsində həyatını itirib.
Xəbərdə o da bildirilir ki, Qalitski Suriyaya Rusiya hərbi müşavirlər qrupunun tərkibində gedib.