Moskva və Moskvaətrafı rayonlarda keçirilən xüsusi əməliyyat nəticəsində terrorçuluq və ekstremizmdə şübhəli bilinən 25 nəfər saxlanıb.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə güc orqanlarındakı mənbə bildirib. Xəbərdə bildirilir ki, əməliyyat FTB, DİN-in “E” Mərkəzi və xüsusi təyinatlıları n birgə fəaliyyətilə keçirilib. Tutulanların vəhhabi təriqətinin üzvləri olduğu xəbər verilir.