İran prezidenti Həsən Ruhani Tehranda etdiyi çıxışda gələcək ABŞ prezidenti Donald Trampa İran sazişini bitirməyə imkan verməyəcəyini deyib.
Prezidentliyə kampaniya apardığı dövrdə, Donald Tramp İran sazişini "indiyədək mövcud olan ən pis saziş" adlandıraraq prezident seçildiyi halda sazişi bitirəcəyini bildirib.
Ruhani Trampın hərəkətlərinin İrana "heç bir təsiri olmayacağını" vurğulayıb və ABŞ-da İrana qarşı sanksiya layihəsinin (İran Sanskiyalar Aktı) ötən ay Konqres tərəfindən yenilənməsini tənqid edib.
Prezident Ruhani hazırkı prezident Barak Obamanın İran Sanksiyaları Aktını yeniləcəyi (İSA) halda İranın buna qarşı atacağı addımları tezliklə müzakirə etməyə söz verib. "Obama şəxsi imtina hüququndan istifadə edərək sanksiyalarn icrasını müvəqqəti olaraq dayandırsa da, bu yenə də nüvə sazişini pozur və biz buna reaksiya verəcəyik", prezident Ruhani vurğulayıb.