Qazaxıstanın Rusiyaya birləşdirilməsinə çağıran Şimali Qazaxıstan sakini İqor Çuprin 5 il yarım azadlıqdan məhrum edilib. Məhkəmə onu, sosial şəbəkələrdə millətlərarası ədavəti qızışdırmaqda təqsirli bilib.
İstintaqın məlumatına görə, 37 yaşlı Çuprin 2014-cü il sentyabrın 1-dən 2015-ci il mayın 20-dək “Vkontakte” sosial şəbəkəsində etnik nifrəti qızışdırmaq və Rusiyaya birləşmək çağırışlar edib. Çuprin Qazaxıstan xalqından üzr istəsə də 5 il yarım azadlıqdan məhrum edilib. Prokuror ona 7 il iş istəmişdi.
Son bir neçə il ərzində Rusiya ilə sərhəd olan Şimali Qazaxıstanda separatçılıq ittihamı ilə bir neçə belə cinayət işi açılıb. 2015-ci ilin aprelində Tatyana Şevtsova-Valovaya qazaxları “curka” adlandırdığına və Qazaxıstanın Krım kimi Rusiyaya birləşdirilməli olduğunu yazdığına görə 4 il azadlıqdan məhrum edilib. Həmçinin “Vkontakte”dəki Publika saytının moderatoru İqor Sıçev ,Qazaxıstanın Ridder şəhərinin Rusiyaya birləşdirilməsi ilə bağlı sorğu keçirmək təşəbbüsünə görə 7 il azadlıqdan məhrum edilə bilər.
17 milyonluq Qazaxıstan əhalisinin təxminən 20 faizini təşkil edən etnik ruslar əsasən ölkənin şimal bölgələrində yaşayır. Rusiyanın onlardan istifadə edərək Qazaxıstanın şimalında yeni bir Ukrayna ssenarisi yarada biləcəyi ölkə və və beynəlxalq mediada tez-tez müzakirə edilir.