İtaliya Baş naziri Matteo Rensi istefa qərarını açıqlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Reuters” xəbər yayıb. Xəbərə görə, bu barədə Rensi Konstitusiya referendumunun nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib. Hökumətdə missiyasının başa çatdığını deyən Rensi bildirib ki, “açıq-aşkar məğlubuyyətin” məsuliyyətini bütövlüklə öz üzərinə götürür.
Xatırladaq ki, italyan seçicilər Baş nazirin islahatlarını dəstəkləməyib. Bundan öncə isə Rensi bildirmişdi ki, islahatlar mövzusunda seçicilərin dəstəyini almazsa, istefa verəcək.