Əfqanıstandan olan miqrant Almaniyada Avrokomissiyanın yüksək çinli məmurunun 19 yaşlı qızını zorlayaraq qətlə yetirib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “The Daily Mail” xəbər yayıb. Miqrantın artıq göz altına alındığı bildirilir.
Xəbərə görə, tibb təhsili alan Mariya Ladenburger asudə vaxtlarında könüllülük əsasında qaçqın düşərgələrində çalışırmış. Onun meyiti İsveçrə sərhədi yaxınlığındakı universitet şəhərciyi Frayburqda tapılıb. Gənc qızın təcavüzün ardından çayda batırıldığı bildirilir.