Pentaqon rəhbəri Eşton Karter ABŞ-ın müttəfiqi olan ölkələrə Rusiya aqressiyasından müdafiə dəstəyi vəd edib.
Baki-xeber.com-un xəbərinə görə, ABŞ-ın müdafiə naziri deyib ki, ölkəsi Rusiya ilə qarşıdurmanın tərəfdarı deyil, lakin onun tərəfindən təhlükə yaranarsa, müttəfiqlərini müdafiə etməyə hazırdır. Milli təhlükəsizliklə bağlı forumdakı çıxışında bu məsələyə toxunan Karter deyib ki, Vaşinqton Rusiyanın Suriyadakı fəaliyyətini məhsuldar saymır, eyni zamanda Ukrayna və Pribaltika ölkələrinə qarşı aqressiyasını nüvə təhlükəsini qızışdırmaq cəhdi hesab edir.
Lakin bununla belə, Pentaqon rəhbəri onu da qeyd edib ki, maraqların üstüstə düşdüyü məsələlərdə RF ilə əməkdaşlıq davam etməlidir.