Suriyanın mülayim müxalifəti “Əl-Qaidə” və digər terrorçu qruplaşmalarla daha sıx əməkdaşlıq etməyi götür-qoy edir.
Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, belə bir xəbərlə “The Washington Post” qəzeti özünün ələ müxalifətin içindəki mənbələrinə əsasən çıxış edib.
Qəzet yazır ki, Bəşər Əsədin əleyhdarları indi ABŞ-ın dəstəyindən məhrum olmaqdan qorxur. “MKİ-nin Əsədə qarşı döyüşənlərə 3 illik silah və digər formalı dəstəyinin ardından yeni seçilmiş prezident Donald Trampın onlara yardım etməyəcəyindən ehtiyatlanan on minlərlə müxalif indi başqa alternativləri nəzərdən keçirir” qəzet yazır. Bu kontekstdə qəzet yazır ki, indi müxalifət daha yaxşı silahlanmaya malik “Əl-Qaidə”yə üz tutmağı nəzərdən keçirir. Eyni zamanda bildirilir ki, Fars körfəzinin sünnı ərəb ölkələrindən daha sanballı hərbi texnika alınması da gündəmdədir.