ABŞ anti-İran sanksiyalarını uzadarsa, İran nüvə anlaşmasından çıxa biləəyini açıqlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Press TV məlumat verib. Məlumatda deyilir ki, İran XİN-in rəhbəri Məhəmməd Cavad Zərif Nyu Yorkda hind ziyalıları ilə görüşündə bu barədə bildirib. Onun sözlərinə görə, Amerika tərəfi sanksiyalar məsələsinə qayıdarsa, Tehran nüvə anlaşmasından imtina edə bilər.
Zərif deyib ki, “ABŞ-ın hegemonluq epoxası sona çatır”.
Xatırladaq ki, bu günlərdə ABŞ prezidenti Barak Obama Konqresin iki palatasında qəbul olunmuş anti-İran sanksiyalarının daha 10 il müddətinə uzadılmasını nəzərdə tutan qanun layihəsini imzalamaq niyyətini açıqlayıb. Qanun layihəsi İranın bank və enerji sektoru, həmçinin müdafiə sahəsinə qarşı sanksiyaları nəzərdə tutur.