Sinqapurdan İndoneziyanın Batam adasına uçan təyyarə qəzaya uğrayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə İndoneziyanın Antara İnformasiya Agentliyi xəbər yayıb. Xəbərə görə, qəzaya uğrayan təyyarə polisləri aparırmış. Riau Adaları Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kabid Humas deyib ki, alınan son məlumata görə, təyyarədə 15 polis nəfəri olub. Hadisə şahidləri partlayış səsi eşitdiklərini və “göydən kreslo parşaları yağdığını” bildirib.
Xəbərə görə, xilasetmə işlərinə 3 ordu gəmisi və 3 xilasedici gəmisi qatılıb.