Suriya məhkəməsi keçmiş prezident Bəşər Əsədi qiyabi olaraq edam cəzasına məhkum edib. Keçmiş dövlət başçısı "müharibə cinayətləri" və "insanlığa qarşı cinayətlər"də təqsirli bilinib. Əsədlə yanaşı, onun əmisi oğlu Atef Nəcib də edam cəzasına məhkum edilib. Əvvəlki rejim dövründə o, cənubdakı Dəra əyalətinin siyasi təhlükəsizlik idarəsinə rəhbərlik edib. "Əl-Cəzirə" xəbər verir ki, "Çərşənbə axşamı Dəməşqdəki cinayət məhkəməsi Əsədi qəsdən adam öldürməkdə, Nəcibi isə qəsdən adam öldürmək və işgəncə verməkdə təqsirli bilib". Bu hökm bu il keçmiş hökumət üzvlərinin məhkəmə proseslərinə başlayan keçid hakimiyyəti tərəfindən verilən ilk qərardır. Khaleej Times xəbər verir ki, işlər həm şəxsən, həm də qiyabi şəkildə dinlənilir. Əsəd 2000-ci ilin iyul ayından bəri hakimiyyətdədir. 8 dekabr 2024-cü ildə Suriya paytaxtı rejimin devrildiyini elan edən Hay'at Tahrir əş-Şamın nəzarəti altına keçib. Keçmiş prezident ailəsi ilə birlikdə ölkədən qaçıb və Rusiyada sığınacaq alıb. SAMİRƏ