İran Təbii Sərvətlər və Su Hövzəsi İdarəetmə Təşkilatının Mühafizə Bölməsinin rəhbəri Zəkəriyyəyi şənbə günü edilən hücumda yaralandıqdan sonra ölüb.
İranın yarı-rəsmi xəbər agentliyi ISNA-nın məlumatına görə, Zəkəriyyəyi bir il əvvəl bölmənin rəhbəri təyin olunmuşdu.
İran Təbii Sərvətlər və Su Hövzəsi İdarəetmə Təşkilatı meşələrə, otlaqlara və su sistemlərinə nəzarət edir və onun mühafizə bölməsi kənd yerlərində torpaq və ətraf mühit qanunlarını tətbiq edir.
Tahir TAĞIYEV