Böyük Britaniya İcmalar Palatasının komitəsi Gürcüstanda demokratiyanın davamlı pisləşməsindən dərin narahatlıq keçirir və bu pisləşmə davam edərsə, Belarus kimi Rusiyanın təsir dairəsində Gürcüstanda da bunun avtokratiyaya gətirib çıxaracağını bildirir.
Bu barədə komitənin hesabatında deyilir.
Komitə həmçinin Gürcüstan hakimiyyətini də qınayıb.
“Biz "Gürcü Arzusu" hökumətinin AB-yə üzvlük danışıqlarını dayandırmaq, müxalifət səslərini boğmaq, qanuni etirazları məhdudlaşdırmaq və dezinformasiya yaymaq hərəkətlərini qınayırıq.
Bu hərəkətlər Rusiya ssenarisini əks etdirir və Tbilisi ilə Moskva arasında koordinasiyanı göstərir. Biz Böyük Britaniya hökumətinin qanuni etirazlara cavab olaraq insan haqlarının pozulmasına görə məsul olan Gürcüstan rəsmilərinə sanksiyalar tətbiq etməkdə artıq gördüyü tədbirləri dəstəkləyirik", - hesabatda deyilir.
SAMİRƏ