G7 görüşündə ABŞ dövlət katibi Marko Rubio ilə AB-nin xarici siyasət rəhbəri Kaja Kallas arasında Ukrayna və Rusiya siyasəti ilə bağlı qızğın mübahisə yaranıb.
Axios-un məlumatına görə, Kallas Vaşinqtonun Moskvaya təzyiqi artırmaq vədinə əməl etmədiyini bildirib. Rubio buna sərt reaksiya verərək səsini qaldırıb: "Əgər bunu daha yaxşı edə biləcəyinizi düşünürsünüzsə, buyurun. Biz kənara çəkilirik".
Mənbələr bildirir ki, Rubio mübahisə zamanı açıq-aşkar əsəbiləşib və ABŞ-ın hər iki tərəflə danışıqlar aparmağa çalışdığını, lakin Ukraynaya yalnız hərbi və kəşfiyyat dəstəyi verdiyini vurğulayıb.
Tahir TAĞIYEV