“Bloomberg”in Ukrayna rəsmilərinə istinadən verdiyi məlumata görə, Kiyevin müharibəni maliyyələşdirmək üçün resursları bu ilin iyun ayına qədər tükənə bilər.
Rəsmilər, Qərb donorlarından gələn yardımın müxtəlif siyasi və bürokratik maneələr səbəbindən gecikdiyini və bununla da ölkənin maliyyə dayanıqlığını zəiflətdiyini bildirirlər.
Bildirilir ki, Ukrayna təkcə 2026-cı il üçün hərbi xərclərinə ən azı 120 milyard dollar xərcləməyi planlaşdırır və maliyyələşdirmə əsasən xarici mənbələrdən asılıdır. Macarıstanın veto hüququ səbəbindən Avropa Birliyinin 90 milyard avroluq kredit paketi hələ də aktivləşdirilməyib.
Tahir TAĞIYEV