İran Prezidenti Məsud Pazeşkian ABŞ tərəfi aparılan danışıqları ilk dəfə təsdiqləyib. Danışıqların aparıldığını ilk dəfə etiraf edən Pezeşkian, ABŞ-ın, danışıqların getdiyi bir vaxtda da hücumlarını davam etdirməsini qınayıb.
"Pakistan da daxil olmaqla, bəzi dost və qonşu ölkələrin müharibəni dayandırmaq üçün səylərini yüksək qiymətləndiririk. Lakin danışıqlar zamanı iki dəfə hücuma məruz qaldıq və Vaşinqtonun vədlərinə baxmayaraq enerji infrastrukturunun hədəfə alınmasının şahidi oluruq" – deyə Pezeşkian bildirib.
İsrailin İranın ən böyük polad zavoduna hücumuna toxunan Pezeşkian əlavə edib ki, "infrastrukturu hədəf alan bombardmanlar və yüksək vəzifəli İran rəsmilərinin sui-qəsdləri təcavüzkarlara etibar edilməməli olduğunu göstərir".
Pezeşkian regiondakı ABŞ bazalarına da toxunub: "Təəssüf ki, bəzi müsəlman ölkələrinin əraziləri İrana hücum etmək üçün istifadə olunur. İsrail müharibəni regiondakı ölkələrə yaymağı planlaşdırır və bu ölkələr diqqətli olmalıdırlar".
Pezeşkian heç bir ölkəyə qarşı əsassız qabaqlayıcı hücumlar etmədiklərini də deyib: "Lakin, infrastrukturumuz və ya iqtisadi mərkəzlərimiz hədəfə alınarsa, sərt cavab verəcəyik".
Pezeşkian region ölkələrinə xəbərdarlıq da edib: "Əgər inkişaf və təhlükəsizlik istəyirsinizsə, düşmənlərimizin ərazilərinizdən müharibə aparmasına icazə verməyin".
Tahir TAĞIYEV